Вернуться назад Распечатать

Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

1xeber.media “Aktual.ge”yə istinadən xəbər verir ki, qəza Marneulidə “Daş sexləri” adlanan ərazidə qeydə alınıb.

Hadisə nəticəsində Marneulidə fəaliyyət göstərən “JJB” restoranının sahibi və aşpaz Namiq Qocayev həyatını itirib.

İlkin məlumata görə, avtomobildə tək olan Namiq Qocayevin idarə etdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.