Вернуться назад Распечатать

Paşinyan: “TRIPP yeni dövr açacaq”

"TRIPP layihəsi ölkəmiz və iqtisadiyyatımız üçün yeni bir dövr açacaq".

1xeber.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən illik "Concordia" Sammitində panel müzakirəsində deyib.

Baş nazir moderatorun Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülh və bundan irəli gələn imkanlarla bağlı suallarını cavablandırıb. Nikol Paşinyan qeyd edib ki, hazırda səylər regional əlaqələri tam şəkildə təmin edəcək TRIPP layihəsinin həyata keçirilməsinə yönəldilib.