Вернуться назад Распечатать

Tramp: “Bunu Maskla danışın”

Tramp Zelenskini Maskla danışmağa göndərdi

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Starlink” peyk rabitə sistemindən istifadə etməsi ilə bağlı istəyinə cavab olaraq Vladimir Zelenskini İlon Maskla danışmağa yönləndirib.

Məlumata görə, Zelenski Trampla görüş zamanı Kiyevin enerji obyektlərinə qarşılıqlı atəşkəsə hazır olduğunu bildirib və “Starlink”dən istifadə məsələsini yenidən gündəmə gətirib.

Tramp isə Zelenskiyə “Bu barədə İlonla danışmalısınız” deyə cavab verib.