Вернуться назад Распечатать

Zelenski və fon der Leyen gərgin görüş keçirdi

1xeber.media xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu-Yorkda keçirilən görüşü Kiyevin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları fonunda gərgin şəraitdə keçib.

“Bloomberg”in mənbəyə istinadən yaydığı məlumata görə, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Məlumata əsasən, Ukrayna tərəfi qış aylarında Rusiyanın hərbi əməliyyatları gücləndirə biləcəyindən narahatlığını ifadə edib. Kiyev şəhərlərin müdafiəsi üçün hava hücumundan müdafiə vasitələrinin çatışmazlığının vəziyyəti daha da çətinləşdirə biləcəyini bildirib.