Вернуться назад Распечатать

Rusiyada Çin markasının satışları çökdü

1xeber.media xəbər verir ki, Rusiyada Çin avtomobil markası Forthing-in satışları avqust ayında demək olar ki, sıfıra enib.

Məlumata görə, avqust ayında Rusiyada markanın cəmi bir avtomobili satılıb. Alıcı Forthing Yacht modelinə üstünlük verib.

2026-cı ilin əvvəlindən isə ölkədə Forthing markalı cəmi 18 avtomobil satılıb. Onlardan 14-ü minivenlərin payına düşüb.

Forthing avtomobillərinin Rusiyada satışına 2023-cü ilin yazında başlanılıb. Markanın ölkədəki model sırasına T5 EVO krossoveri və Yacht miniveni daxildir.