Вернуться назад Распечатать

AMB uçot dərəcəsini dəyişmədi

1xeber.media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində saxlanılmasına qərar verib.

Faiz dəhlizinin yuxarı həddi də dəyişdirilməyərək 7,5 faiz səviyyəsində qalıb. Aşağı hədd isə 0,5 faiz bəndi azaldılaraq 5 faizə endirilib.

Qərar qəbul edilərkən inflyasiyanın faktiki və proqnozlaşdırılan dinamikası, valyuta bazarındakı proseslər, bank sektorunun likvidlik vəziyyəti və qlobal monetar şəraitdəki son dəyişikliklər nəzərə alınıb.