1xeber.media xəbər verir ki, Avropa İttifaqında Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı müəyyən yorğunluq yaranıb.
Bunu Aİ-nin iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis “Euractiv”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynada münaqişənin beş ildir davam etməsi fonunda Aİ-də sanksiya rejiminə qarşı müəyyən yorğunluq müşahidə olunur.
Dombrovskis bununla belə, Aİ-nin münaqişənin əvvəlindən Ukraynaya dəstəyi davam etdirmək öhdəliyi götürdüyünü vurğulayıb.