Вернуться назад Распечатать

Rusiya ordusu Xarkovda iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqladı

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ordunun xüsusi hərbi əməliyyat zonasının Xarkov istiqamətində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.

Nazirliyin gündəlik brifinqində bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətində yerləşən Krasnı Yar və Potixonovo kəndlərinə nəzarəti təmin edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Novoaleksandrovka və Polnaya yaşayış məntəqələrinin də nəzarətə götürüldüyünü açıqlamışdı.