1xeber.media xəbər verir ki, Sankt-Peterburqda miqrantların əmək patenti ilə ərzaq mağazaları, fitnes klubları, gözəllik salonları və bərbərxanalarda işləməsinə qadağa qoyulması planlaşdırılır.
“Delovoy Peterburq”un məlumatına görə, yeni məhdudiyyət şəhərdə kadr çatışmazlığını daha da dərinləşdirə və xidmətlərin bahalaşmasına səbəb ola bilər.
Sankt-Peterburq Kiçik Müəssisələr İttifaqının rəhbəri Vladimir Menşikov bildirib ki, sahibkarlar xarici işçiləri əvəz edəcək əməkdaşlar tapa bilərlər, lakin onların yüksək maaş tələbləri məhsul və xidmətlərin qiymətlərinə təsir göstərə bilər.
Müvafiq sənəd hazırda korrupsiyaya qarşı ekspertizadan keçirilir. Qəbul ediləcəyi təqdirdə, sözügedən sahələrdə çalışan miqrant işçilərin 1 dekabr 2026-cı ilədək işdən azad edilməsi tələb olunacaq.