1xeber.media xəbər verir ki, amerikalı milyarder İlon Mask Çin Prezidenti Si Cinpini “böyük lider” adlandırıb.
Mask bildirib ki, Si Cinpinin hakimiyyəti dövründə Çin böyük tərəqqiyə nail olub. Onun sözlərinə görə, ölkədə hər il genişmiqyaslı dəyişikliklər, xüsusilə infrastrukturun inkişafı müşahidə olunur.
Biznesmen Çində səfərləri zamanı əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəldiyini öz gözləri ilə gördüyünü deyib. Mask Si Cinpinin yüksək bacarıqlara və mühüm nailiyyətlərə malik olduğunu vurğulayıb.