1xeber.media xəbər verir ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Uiker Prezident Donald Trampın Çin lideri Si Cinpini Vaşinqtonda təmtəraqlı şəkildə qəbul etmək planını tənqid edib.
Respublikaçı senator bildirib ki, Ağ Ev ondan məsləhət istəsəydi, Si Cinpinin belə geniş dövlət səviyyəli qəbul üçün Vaşinqtona dəvət edilməməsini tövsiyə edərdi.
Uiker Trampın Si Cinpinlə görüş zamanı Çinin hərbi imkanlarını genişləndirməsi və İranla əməkdaşlığı barədə suallar verməli olduğunu deyib.
Senator həmçinin Çinin İrana kəşfiyyat məlumatları ötürdüyü və bunun nəticəsində amerikalı hərbçilərin həlak olduğu barədə mediada yayılan iddiaların araşdırılmasını istəyib.
Uikerin sözlərinə görə, Tramp görüş zamanı ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı məsələləri gündəmdə saxlamalıdır.