Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin iştirakı ilə 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş lokal xarakterli antiterror əməliyyatında şəhid olmuş Eyyubov Murad Bəxtiyar oğlunun və Dünyamalıyev İslam Teymur oğlunun anım tədbirləri keçirilib.
1xeber.media xəbər verir ki.tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid anaları iştirak ediblər. Çıxış edənlər şəhid Murad Eyyubovun və şəhid İslam Dünyamalıyevin əziz xatirələrini dərin ehtiramla yad edərək, onların keçdiyi şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdikləri şücaətdən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaqdır.