Вернуться назад Распечатать

Rövşən Nəcəf Orhan Remzi Karadenizlə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin "Karpowership" şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.

Bu barədə  SOCAR-dan məlumat verilib.

Bildirilib ki, görüşdə qonaqlar SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumatlandırılıb.

Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.

Söhbət zamanı SOCAR ilə "Karpowership" arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.