Вернуться назад Распечатать

“Razılaşma olmasa, təzyiqlər davam edəcək” - Rubio

“Razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqton İrana qarşı iqtisadi təzyiqləri artırmaqda davam edəcək”.

1xeber.media  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində çıxışı zamanı deyib.

Amerikalı diplomat Birləşmiş Ştatlar prezidentinin sərəncamında bir sıra təsir vasitələrinin olduğunu xatırladıb:

“ABŞ Prezidentinin ixtiyarında müxtəlif variantlar var, o cümlədən artıq tətbiq edilən, yəni ciddi və getdikcə artan iqtisadi məhdudiyyətlər bura daxildir”.

Buna cavab olaraq, Tehran ABŞ ilə danışıqların bərpası üçün yeddi şərt irəli sürüb. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezai Tehranın göndərdiyi mesajın “aydın və birmənalı” olduğunu vurğulayıb.

Xatırladaq ki, avqustun sonunda ABŞ İrana qarşı “İqtisadi İzoliyasiya” (“Economic Outcast”) adlı genişmiqyaslı əməliyyata başlayıb. Vaşinqton Tehranın gəlir mənbələrini kəsmək niyyətindədir və İranla əməkdaşlığı, xüsusən də İran neftinin alışı və daşınmasını davam etdirən üçüncü ölkələrin şirkətlərini ikinci dərəcəli sanksiyalarla hədələyir.