BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fransalı həmkarı Jan-Noel Barro ilə görüşüb
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib və əsas regional və beynəlxalq məsələlər, o cümlədən regional təhlükəsizlik vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.