Вернуться назад Распечатать

Ukraynanın liman böhranı 4,5 milyard dollara çatdı

1xeber.media xəbər verir ki, Ukraynanın Böyük Odessa limanlarının fəaliyyətinin dayanması ölkəyə təxminən 4,5 milyard dollar valyuta gəliri itkisinə səbəb olub.

TAAS-ın məlumatına görə, limanlarda fasilə artıq iki aydan çoxdur davam edir. Kommersiya gəmiləri iyulun 22-dən etibarən Odessa, İzmail və Yujnı limanlarına daxil olmur.

Nəticədə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı 70-80 faiz, polad ixracı isə təxminən 50 faiz azalıb.

Məlumatda qeyd olunur ki, gəmi hərəkəti ilə bağlı mövcud statistika Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklərin daşınmasını nəzərə almır.

Bundan əvvəl Ukraynanın avqust ayında çuqun ixracını tamamilə dayandırdığı bildirilmişdi.