Вернуться назад Распечатать

Pakistan Əfqanıstana zərbə endirdi – hərbi obyektlər vuruldu

1xeber.media xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanılması üçün istifadə edilən 10 obyektə zərbələr endirib.

Bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar məlumat verib.

Nazirin sözlərinə görə, sentyabrın 23-də Əfqanıstan PUA-ları Pakistanın hava məkanına daxil olub. İslamabad bunu suverenliyin pozulması və təcavüz aktı kimi qiymətləndirib.

Tarar bildirib ki, Pakistanın hava hücumundan müdafiə sistemləri ölkənin hava məkanına daxil olan bütün PUA-ları hədəfə çatmadan aşkar edərək zərərsizləşdirib.

Bundan sonra Pakistan özünümüdafiə hüququ çərçivəsində Əfqanıstan ərazisində PUA-ların buraxılması və saxlanılması üçün istifadə olunan 10 obyektə yüksək dəqiqlikli hava zərbələri endirib və dronlardan istifadə edib.

Pakistan rəsmisi Kabili ölkəsinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırmağa və terrorizmlə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.

Tarar əlavə edib ki, Pakistan eskalasiyada maraqlı deyil və regionda sülh, dialoq və konstruktiv qarşılıqlı fəaliyyət tərəfdarıdır.