1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynaya gecə saatlarında kütləvi zərbələr endirildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, yüksək dəqiqlikli silahlarla Kiyev, Dnepropetrovsk, Poltava, Vinnitsa və Odessa vilayətlərində metallurgiya və kimya sənayesi müəssisələri, yanacaq-energetika və hərbi sənaye kompleksinə, eləcə də liman infrastrukturuna aid obyektlər hədəfə alınıb.
Rusiya tərəfi həmçinin Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə edilən dəniz gəmilərinin də vurulduğunu bildirib.
Açıqlamada qeyd olunur ki, Kiyevdə “Fire Point” şirkətinin istehsal müəssisəsinə də zərər dəyib. Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, burada “Flamingo” adlı uzaqmənzilli raketlər üçün hissələr və döyüş başlıqları hazırlanırdı.
Bundan əlavə, dizelin paylanması üçün istifadə edildiyi bildirilən “Grandterminal” şirkətinin anbarının da vurulduğu qeyd olunub.