Вернуться назад Распечатать

Formula 2-də Bakı yürüşü başladı

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.

1xeber.media xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.

45 dəqiqəlik sessiyada pilotlar Bakı Şəhər Halqasındakı ilk dövrələrini tamamlayacaq, bolidlərin sazlanmalarını yoxlayacaq və günün iki sıralanma turuna hazırlaşacaqlar.

Saat 14:00 və 14:30-da Formula 2 pilotları ardıcıl iki sıralanma turu üçün yenidən trekə çıxacaqlar. Sıralanma turlarının nəticələrinə əsasən sprint və əsas yarış üçün start mövqeləri müəyyənləşəcək.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.