1xeber.media xəbər verir ki, məşhur britaniyalı model Naomi Kempbell Bakıya gəlib.
Model sosial şəbəkə hesabında paytaxtdan görüntülər paylaşıb. O, Bakıda Formula 1 Qran-prisi ilə əlaqədar təşkil olunan gecədə iştirak edib.
Qeyd edək ki, Naomi Kempbellin Bakıya səfəri ilk deyil. Məşhur model iki il əvvəl də Formula 1 yarışını izləmək üçün Azərbaycan paytaxtında olub.
Kempbell sentyabrın 23-də Port Baku Walk-da keçirilən tədbirdə xüsusi DJ setlə də çıxış edib.