Вернуться назад Распечатать

Britaniyada “Həqiqət Nazirliyi” qalmaqalı

1xeber.media xəbər verir ki, Böyük Britaniya hökumətinin internetdə dezinformasiyaya qarşı mübarizə məqsədilə “Milli İnformasiya Müdafiəsi Mərkəzi” yaratmaq planı ölkədə mübahisələrə səbəb olub.

Downing Street-dən bildirilib ki, yeni qurum gələcəkdə xarici dövlətlər tərəfindən həyata keçirilə biləcək “informasiya hücumlarını” müəyyənləşdirmək və qarşısını almaqla məşğul olacaq.

Lakin hökumətin təşəbbüsü tənqidçilərin etirazına səbəb olub. Onlar qurumun hökuməti tənqid edən britaniyalıların fərqli fikirlərini məhdudlaşdırmaq üçün istifadə edilə biləcəyini iddia edərək onu “Həqiqət Nazirliyi” adlandırıblar.

Reform UK partiyasının lideri Naycel Farac da təşəbbüsü sərt şəkildə tənqid edib. O, yeni mərkəzin hökuməti tənqid edən siyasi qüvvələrə qarşı istifadə edilə biləcəyini iddia edib.

Britaniya hökuməti isə mərkəzin əsas məqsədinin xarici dövlətlərin informasiya təhdidlərinə qarşı mübarizə aparmaq olduğunu bildirir.