Вернуться назад Распечатать

Kanada ABŞ-a qarşı hazırlaşır

1xeber.media xəbər verir ki, Kanada hökuməti ABŞ tərəfindən mümkün hərbi müdaxilə ssenarisinə qarşı hazırlıq işləri aparıb.

Kanadanın Baş naziri Mark Karni “The New York Times” qəzetinə müsahibəsində bildirib ki, Ottava son bir il ərzində ABŞ-dan mümkün hücum halında ölkənin müdafiəsi ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirib.

Karni qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın “51-ci ştatına” çevirmək barədə açıqlamalarına ciddi yanaşılıb. Onun sözlərinə görə, mümkün hərbi müdaxiləyə hazırlaşmamaq məsuliyyətsizlik olardı.

Baş nazir bildirib ki, bu hazırlıqlar Kanada hökumətini ABŞ-dan asılılığın azaldılması istiqamətində daha geniş addımlar atmağa vadar edib.

Ottava, həmçinin İlon Maska məxsus “Starlink” peyk rabitə sistemindən istifadənin tam dayandırılmasını planlaşdırır.

Bundan başqa, Kanada hökuməti ABŞ-dan 88 ədəd F-35 qırıcısının alınması ilə bağlı müqaviləyə yenidən baxır. Ottava onların əvəzinə Avropa istehsalı olan alternativləri, o cümlədən İsveçin “Saab Gripen” qırıcılarını nəzərdən keçirir.