1xeber.media xəbər verir ki, Rusiyada Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskva səfəri ilə bağlı sərt açıqlamasına reaksiya verilib.
“Voyevoda xəbər verir” Telegram kanalının müəllifləri Zelenskinin cavabından sonra Ukraynanı “əyləncəli qışın” gözlədiyini yazıblar. Kanalda qarşıdakı dövrün rəqibə qarşı hərbi əməliyyatlar üçün imkan yarada biləcəyi iddia edilib.
Qeyd edək ki, Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin “Moskva nə vaxt?” sualına “Raketlə” cavabını verib və cavabının sonunda kobud ifadə işlədib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskinin açıqlamasına münasibət bildirib. O, tarixi nümunəyə istinad edərək Ukrayna prezidentini Yalançı Dmitri ilə müqayisə edib və onun külünün Polşaya top atəşi ilə göndərildiyini xatırladıb.