Вернуться назад Распечатать

İnnovasiya məhsullarına yeni güzəştlər gəlir

1xeber.media xəbər verir ki, Azərbaycanda startaplar və texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim olunan innovasiya məhsullarının dövlət satınalmalarında iştirakının stimullaşdırılması təklif olunur.

Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, 250 min manatadək satınalmalarda innovasiya məhsullarına 20 faizlik satınalma güzəşti tətbiq edilə bilər. Eyni zamanda, 100 min manatadək innovasiya məhsullarının alınması üçün xüsusi satınalma mexanizminin yaradılması nəzərdə tutulur.

Layihədə innovasiya məhsullarının real şəraitdə sınaqdan keçirilməsi üçün 1 milyon manatadək və 12 ayadək pilot tətbiq müqavilələrinin bağlanmasına da imkan yaradılması təklif edilir.

Bundan başqa, texnologiyalar parklarının iri rezidentlərinə ixrac göstəricilərindən asılı olaraq vergi və sosial sığorta güzəştlərinin tətbiqi, kraudfandinq və vençur kapitalı investisiyalarının vergidən azad edilməsi, həmçinin işçilərin pay və səhm iştirak planlarına vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.