1xeber.media Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 517 milyon 884 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 273 milyon 302 min manatla “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkəti 41 milyon 696 min manatla “Qala Sığorta" ASC izləyib.
Renkinqdə “Meqa Sığorta” ASC şirkəti 24 milyon 115 min manatla dördüncü, “Aqrar Sığorta” ASC isə 19 milyon 425 min manatla beşinci olub.
Ümumilikdə, hesabat dövründə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 1 milyard 115 milyon 395 min manat məbləğində sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 6,4% artım deməkdir.
2026-cı ilin yanvar-avqust ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" ASC olub.