Göyçayda yaşayan 12 yaşlı Həsən dayısı qızları olan əkiz bacıların məktəbə gedib-gəlməsinə kömək edir.
1xeber.media Xəzər TV-yə istinadən xəbər verir ki, o, bir ildir Aysu və Cansunu xüsusi hazırlanmış velosipedlə məktəbə aparıb-gətirir. Həsən bacıların dərsə gecikməməsini və yaxşı təhsil almasını istəyir.
Dayısının hazırladığı dördtəkərli velosipeddə iki sükan və iki pedal mexanizmi var. Dörd uşağın yerləşə bildiyi bu nəqliyyat vasitəsi məhəllə sakinlərinin də diqqətini çəkir.
Aysu və Cansu Göyçay şəhərindəki Mehman Muradov adına 4 nömrəli tam orta məktəbin üçüncü sinfində oxuyurlar. Məktəbdən bildirilib ki, bacılar dərslərində fəal, çalışqan və nümunəvi şagirdlərdir.
Ətraflı videoda.
Mənbə: Xəzər TV