1xeber.media xəbər verir ki, ABŞ Ordusu sursat idarəçiliyini təkmilləşdirmək məqsədilə proqram təminatının hazırlanması üçün "Palantir Technologies" şirkətinin törəmə müəssisəsi ilə 48,1 milyon dollarlıq müqavilə bağlayıb.
Yeni proqram təminatı doqquz ayrı köhnə platformanı birləşdirməklə sursat idarəçiliyini optimallaşdıracaq. Xüsusilə, sistem "aşağı kodlu/kodsuz" (low-code/no-code) kommersiya texnologiyalarından istifadə edəcək və hərbçilərə sursatları onların bütün həyat dövrü ərzində – planlaşdırma, istehsal və tədarükdən tutmuş saxlama, nəzarət, paylama, sərfiyyat və son istifadəyə qədər olan bütün mərhələlərdə izləməyə imkan verəcək.
Müqaviləyə əsasən, "Palantir" yeni proqram təminatını növbəti 12 ay ərzində hazırlayacaq və əlavə beş il müddətində dəstək xidməti göstərəcək.