Naməlum şəxslər Hessen əyalətinin Offenbax-am-Mayn şəhərində Xristian Demokratik İttifaqının (CDU) qərargahına daş atıblar.
1xeber.media xəbər verir ki, DPA xəbər agentliyi hüquq-mühafizə orqanlarına istinadən bu barədə məlumat yayıb.
Agentlik polisin məlumatına əsasən bildirib ki, naməlum şəxslər CDU-nun Offenbaxdakı qərargahına daş atıblar; nəticədə bir neçə pəncərə şüşəsi zədələnib və dəymiş ziyanın məbləği 6000 avro qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin siyasi motivli olduğunu ehtimal edirlər. CDU-ya Fridrix Merz rəhbərlik edir.
Daha əvvəl iqlim fəalları Berlində CDU partiyasının qərargahının damına çıxmışdılar. "Robin Wood" ekoloji təşkilatı bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb. Qrup öz veb-saytında bildirib ki, etiraz aksiyası CDU-nun rəhbərlik etdiyi Almaniya hökumətinin siyasətinə qarşı yönəlib; fəallar iddia edirlər ki, hökumət "iqlimin qorunması məsələsini arxa plana keçirir" və sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının yüksəlişinin qarşısını almaq üçün strategiyaya malik deyil.
Bundan əvvəl Merz CDU-nun seçki nəticələrini fəlakət kimi qiymətləndirmişdi. O bildirmişdi ki, partiya gərgin mübarizə aparsa da, sonda Sosial Demokrat Partiyası ilə "Almaniya üçün Alternativ" arasında gedən qarşıdurmada "sıxışdırılıb və faktiki olaraq əzilib".