Вернуться назад Распечатать

Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub

Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı, eləcə də gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.