17 yaşından steroid istifadə edən gənc oğlan hazırkı görünüşü ilə diqqət çəkib.
1xeber.media xarici mətbuata istinadən xəbər verir ki, yeniyetmə ikən intensiv bodibildinq prosesinə başlayan oğlan daha sonra daimi olaraq steroid (İdmanda istifadə olunan anabolik steroidlər əzələ kütləsini sürətlə artırmaq və fiziki gücü yüksəltmək üçün tətbiq edilən süni hormonal maddələrdir, - red.) qəbul edib.
İlk görüntüdə daha gənc və arıq bədən quruluşuna malik olan şəxs, 20 yaşında çəkilən son görüntülərdə daha əzələli bir bədən quruluşuna malikdir. Xüsusilə çiyinlərdə, qollarda, sinədə və beldə nəzərə çarpan dəyişikliklər göz qabağındadır və iki dövr arasındakı fərq fotoşəkillər xüsusilə diqqət çəkib.


