1xeber.media xəbər verir ki, Türkiyədə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ sentyabrın 24-də saat 10:40-da baş verib. Yeraltı təkanların episentri Şanlıurfa şəhərinin şimal-qərbində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, sentyabrın 24-də Cənubi Kuril adaları yaxınlığında da 4,6 maqnitudalı zəlzələ qeydə alınmışdı. Həmin ərazidə bir gün əvvəl 4,4 maqnitudalı yeraltı təkan baş vermişdi.