Вернуться назад Распечатать

Müdafiə və təhlükəsizliyə 8,8 milyard manat ayrılır

1xeber.media xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 milyard manat təşkil edəcək.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2027-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, hərbi-müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi hökumətin əsas prioritet xərc istiqamətlərindən biridir.

Onun sözlərinə görə, gələn il müdafiə və milli təhlükəsizlik üçün nəzərdə tutulan 8,8 milyard manat dövlət büdcəsi xərclərinin 21 faizini təşkil edəcək.