Вернуться назад Распечатать

Səudiyyə Ərəbistanında təhlükə xəbərdarlığı

1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Məkkə, Ciddə və Taif də daxil olmaqla bir sıra ərazilərdə təhlükə ilə bağlı xəbərdarlıq edib.

Bəyanatda sakinlərə həyat və əmlaklarını qorumaq üçün Mülki Müdafiə qruplarının təlimatlarına əməl etmək, toplaşma yerlərindən uzaq durmaq və hadisələrin foto-video çəkilişini aparmamaq tövsiyə olunub.

Qeyd edək ki, Yəməndə İran tərəfindən dəstəkləndiyi bildirilən husilər Səudiyyə Ərəbistanını paytaxt Sənaya dron hücumları həyata keçirməkdə ittiham edib və buna cavab veriləcəyini bildiriblər.