Вернуться назад Распечатать

Arif Hacılıdan oğul və gəlini ilə bağlı açıqlama

1xeber.media xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı oğlu Orxan və gəlini Yaqutun ABŞ-də həbs edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Arif Hacılı bildirib ki, onların vəziyyətini həbs kimi qiymətləndirmək doğru deyil. Onun sözlərinə görə, Orxan və Yaqut ümumiyyətlə həbs olunmayıblar və hazırda sığınacaqda da deyillər.

“Viza müddətlərinin başa çatması ilə əlaqədar müəyyən araşdırmalar aparılıb və məsələ artıq başa çatıb. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub”, – deyə Hacılı bildirib.

O, həmçinin saxta sənəd hazırlanması ilə bağlı yayılan məlumatları təkzib edib və bu iddiaları “tamamilə uydurma” adlandırıb.

Arif Hacılı qeyd edib ki, ABŞ-də daimi yaşamaq hüququ əldə etməyən şəxslərlə bağlı araşdırmalar aparıla bilər və oğlu ilə gəlini də bu çərçivədə araşdırmaya cəlb olunublar.