1xeber.media xəbər verir ki, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra rayonlarda küləyin güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı, Abşeron yarımadası, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy və Daşkəsəndə narıncı xəbərdarlıq verilib.
Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdə üçün isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı bildirilir.