1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının üzvlərindən Rusiyaya qarşı tənqidləri müvəqqəti azaltmağı xahiş etdiyi iddia olunur.
Ermənistanın “İravunk” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Paşinyan partiyadakı bəzi deputatlara Rusiya ilə bağlı məsələləri hazırda daha az müzakirə etməyi tövsiyə edib. Məlumata görə, bu çağırışın qarşıdakı qış mövsümü və enerji məsələləri ilə əlaqəli olduğu iddia edilir.
Məlumatda qeyd olunur ki, Paşinyan yekun qərarların daha sonrakı mərhələdə veriləcəyini bildirib. Bununla belə, bu məlumat Ermənistan hökuməti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, Paşinyan sentyabrın 23-də Rusiya ilə münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsində maraqlı olduqlarını açıqlayıb. O, eyni zamanda Ermənistanın Moskva ilə əlaqələrinin transformasiya mərhələsində olduğunu bildirib.