Вернуться назад Распечатать

İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE

1xeber.media xəbər verir ki, Ovni Mehbalı oğlu Muradov Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ovni Muradov 43 yaşındadır və Babək rayonunun Nehrəm kəndində anadan olub. O, 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Nehrəm kənd 2 nömrəli tam orta məktəbində müəllim kimi başlayıb. 2014-cü ildə həmin məktəbin direktoru təyin olunub.

2016-2018-ci illərdə Babək Rayon Təhsil Şöbəsinin müdiri, 2018-ci ildə isə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü ildə müəyyən müddət ərzində Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra edib.

Ovni Muradov 2024-cü ilin aprelində Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.