
1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin noyabr ayında Şençjendə keçiriləcək APEC sammiti çərçivəsində üçtərəfli görüşü istisna edilmir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində deyib.
Diplomat bildirib ki, noyabrın 18-19-da Şençjendə keçiriləcək APEC sammiti çərçivəsində Rusiya, ABŞ və Çin liderlərinin təmas keçirməsi ilə bağlı heç bir ehtimalı istisna etmək olmaz.
Rudenko üçtərəfli görüşün keçirilməsi imkanını şərh edərkən “heç nəyi istisna etmək olmaz” ifadəsini işlədib.