Вернуться назад Распечатать

Pentaqon F-35 hissələrinin Honq Konqa necə getdiyini araşdırır

1xeber.media xəbər verir ki, ABŞ Pentaqonu F-35 qırıcılarına aid hissələrin Honq Konqda peyda olması ilə bağlı araşdırmaya başlayıb.

Associated Press-in məlumatına görə, F-35 komponentləri Avstraliyadan ABŞ-yə göndərilərkən Honq Konqa yönləndirilib. Söhbət qırıcının kabin örtüyü və silah bölməsinin qapısı kimi hissələrdən gedir.

F-35 Birgə Proqram Ofisi hadisədən xəbərdar olduğunu və ABŞ rəsmiləri ilə birlikdə hissələrin geri qaytarılması, hadisənin araşdırılması və gələcəkdə oxşar halların qarşısının alınması üçün tədbirlər görüldüyünü açıqlayıb.