Вернуться назад Распечатать

ABŞ Suriyaya 5 milyon dollarlıq qədim artefaktları qaytardı

1xeber.media xəbər verir ki, ABŞ Suriyadan qanunsuz yollarla çıxarılan 36 qədim artefaktı geri qaytarıb.

Məlumata görə, ümumi dəyəri 5 milyon dollardan çox olan tarixi əşyalar Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyindən və bir neçə qədim sənət kolleksiyaçısından müsadirə edilib. Əşyalar arasında Palmira qədim şəhərinin dağıdılması dövründə qanunsuz olaraq ölkədən çıxarıldığı bildirilən daş da var.

ABŞ rəsmiləri artefaktların Suriyaya qaytarılmasını mədəni irsin qorunması baxımından mühüm addım kimi təqdim ediblər.