Вернуться назад Распечатать

Pakistan Əfqanıstana hava zərbələri endirdi

1xeber.media xəbər verir ki, Pakistan Əfqanıstan ərazisində 10 mövqeyə hava zərbələri endirdiyini açıqlayıb.

Pakistanın İnformasiya naziri Attaullah Tarar bildirib ki, zərbələr pilotsuz uçuş aparatlarının buraxılması və saxlanılması üçün istifadə edildiyi iddia olunan məntəqələrə yönəlib. Onun sözlərinə görə, bundan əvvəl Əfqanıstan ərazisindən Pakistana doğru dronlar buraxılıb və Pakistanın hava hücumundan müdafiə sistemləri onları zərərsizləşdirib.

İslamabad zərbələrin yalnız müəyyən edilmiş hərbi obyektlərə qarşı həyata keçirildiyini bildirib. Əfqanıstanın Taliban hökuməti isə Pakistanın yaraqlı qrupların Əfqanıstanda fəaliyyət göstərməsinə dair ittihamlarını rədd edir.