Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir.
1xeber.media xəbər verir ki, beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür.
Hazırda burada həm xəttin keçəcəyi ərazilər müəyyənləşdirilir, həm də layihənin təsirinə düşən tikililərlə bağlı iş aparılır. pizza
Dəmiryolu xəttinin keçəcəyi ərazidəki sakinlərlə görüş keçirilib və onlara kompensasiya ödənilidikdən sonra söküntüyə qərar verilib.
Ərazidəki köhnə Maştağa stansiyasının binası da diqqət mərkəzindədir.
Zabrat-Maştağa-Bağlar xətti dövlət proqramına əsasən, paytaxtın əsas layihələrindən biri hesab edilir.
Bütün bu layihələrin istifadəyə verilməsi ilə paytaxtda sərnişin yükünün və yollarda tıxacın azalması gözlənilir./Musavat.com