ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinə ölkənin milli simvollarından biri olan ağbaş qartalın heykəlini hədiyyə edib.
1xeber.media xəbər verir ki, Tramp hədiyyəni Si Cinpinin ABŞ-yə səfəri münasibətilə Ağ Evdə keçirilən dövlət ziyafətindən əvvəl təqdim edib.
“Dostluq ruhunda Çin Sədri Si Cinpinə görkəmli amerikalı heykəltəraş tərəfindən hazırlanmış bu hədiyyəni təqdim etmək mənim üçün böyük şərəfdir. Onun dizaynı Melaniyanın və mənim şəxsi iştirakımla hazırlanıb”, - Tramp bildirib.
ABŞ Prezidenti ağbaş qartalın Amerikanın azad və uca ruhunu təcəssüm etdirdiyini deyərək heykəlin Pekində layiqli yer tapacağına ümid etdiyini bildirib. Tramp heykəltəraşın adını və əsərin hansı materialdan hazırlandığını açıqlamayıb.