Вернуться назад Распечатать

Permdə dron təhlükəsi: sirenlər işə düşdü

1xeber.media xəbər verir ki, Rusiyanın Perm vilayətində hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının hücumunu dəf edir.

Bu barədə sentyabrın 25-də regionun Ərazi Təhlükəsizliyi Nazirliyi məlumat yayıb. Bildirilib ki, vilayət ərazisində “düşmən PUA-larının” hücumunun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Sakinlərə dron qalıqlarına yaxınlaşmamaq və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı görüntüləri sosial şəbəkələrdə paylaşmamaq barədə xəbərdarlıq edilib.

Hadisə ilə əlaqədar ərazilərdə operativ xidmətlər çalışır.