Bakıda Formula 1-in həlledici günü başlayır
1xeber.media xəbər verir ki, Bakının 10-cu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə bu gün start veriləcək.
Gün ərzində Formula 2 üzrə sprint və əsas yarış, Formula 1 üzrə isə üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.
Saat 08:15-də Formula 2 üzrə sprint yarışı başlayacaq. Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş keçiriləcək. Formula 2-nin əsas yarışı isə saat 14:15-də start götürəcək.
Günün əsas sessiyası saat 16:00-da başlayacaq Formula 1 üzrə sıralama turu olacaq. Mübarizə saat 17:00-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.