1xeber.media xəbər verir ki, finlandiyalı hərbi jurnalist Kosti Heyskanen Prezident Aleksandr Stubbun Ukraynaya hərbi dəstəklə bağlı gizli plan hazırladığını iddia edib.
Heyskanen bu barədə “AİF”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Stubb Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə müharibəni davam etdirmək mövqeyini dəstəkləyir.
Jurnalist iddia edib ki, Finlandiya rəhbərliyi ölkə iqtisadiyyatının hərbi istehsala yönəldilməsini planlaşdırır. Onun sözlərinə görə, məqsəd Qərb ölkələri və ABŞ-ın dəstəyi ilə Finlandiyada Ukrayna üçün hərbi məhsulların istehsalını təşkil etməkdir.
Heyskanen həmçinin Qərbdə sülhə marağın olmadığını iddia edib.
Qeyd edək ki, bunlar jurnalistin səsləndirdiyi iddialardır və açıqlamada Stubbun belə bir gizli əməliyyat hazırladığını təsdiqləyən müstəqil sübut təqdim edilməyib.