1xeber.media xəbər verir ki, Kolumbiya İranla diplomatik əlaqələri rəsmən dayandırıb.
Kolumbiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, qərar milli və regional təhlükəsizliklə bağlı narahatlıqlar, İranın terror və narkoterror qrupları ilə əlaqələri, həmçinin insan hüquqları məsələləri ilə əlaqələndirilir.
Bildirilib ki, qərar sentyabrın 19-dan qüvvəyə minib. Kolumbiya tərəfi bu addımın transmilli cinayətkarlıqla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi siyasəti çərçivəsində atıldığını açıqlayıb.
Nazirlik İranı insan hüquqları pozuntularında, Yaxın Şərqdə münaqişəyə qoşulmayan ölkələrə qarşı hücumlarda və Hörmüz boğazının blokadasında ittiham edib. Həmçinin Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramını yoxlamaq səylərinə mane olmaqda suçlayıb.
Kolumbiya hakimiyyəti bu məsələlərin İran hökumətinə olan etimadı sarsıtdığını bildirib.