1xeber.media xəbər verir ki, Çinin ixracı 2026-cı ilin avqustunda ötən ilin eyni ayı ilə müqayisədə 25 faiz artaraq 401,4 milyard dollara çatıb.
Artım əsasən yüksək texnologiyalı məhsullara, o cümlədən süni intellekt infrastrukturu ilə əlaqəli məhsullara, yarımkeçiricilərə və elektrik avtomobillərinə qlobal tələbatın yüksəlməsi ilə əlaqələndirilir.
Eyni dövrdə Çinin idxalı da 28,2 faiz artaraq 282,4 milyard dollar olub. Nəticədə ölkənin avqust ayında xarici ticarət profisiti 119,1 milyard dollara yüksəlib.
Məlumatlara görə, yanvar-avqust aylarında Çinin ümumi ticarət profisiti 805 milyard dolları ötüb. Yüksək texnologiyalı məhsulların ixracındakı artım ölkənin xarici ticarət göstəricilərində əsas amillərdən biri olaraq qalır.