1xeber.media xəbər verir ki, ABŞ və İran nümayəndələri Nyu-Yorkda Hörmüz boğazının yenidən açılması və Vaşinqtonun İrana qarşı iqtisadi blokadasının dayandırılmasını nəzərdə tutan mərhələli razılaşma variantını müzakirə edirlər.
Reuters-in məlumatına görə, danışıqlarda İranın boğazdan gəmi keçidlərinə icazə verməsi, bunun qarşılığında isə ABŞ-ın iqtisadi təzyiqləri azaltması müzakirə olunur. Tərəflər arasında əsas fikir ayrılıqlarından biri mümkün razılaşmanın necə və hansı mərhələlərlə həyata keçiriləcəyi ilə bağlıdır.
Müzakirələr fonunda neft qiymətləri də aşağı düşüb. Sentyabrın 25-də Brent markalı neftin qiyməti 105,73 dollar, WTI markalı neft isə 93,05 dollar səviyyəsində olub.
Hörmüz boğazının açılması ilə bağlı mümkün razılaşmanın enerji bazarlarına təsir göstərə biləcəyi bildirilir.