1xeber.media xəbər verir ki, beynəlxalq alimlər qrupu yarasaların mənşəyi ilə bağlı onilliklərdir davam edən mübahisəyə yeni araşdırma ilə aydınlıq gətirib.
“Nature” jurnalında dərc olunan tədqiqata görə, yarasalar böyük ehtimalla təxminən 65 milyon il əvvəl Avropada meydana gəlib. Alimlər bu nəticəyə 103 yarasanın genom məlumatlarını 44 fosil nümunəsi ilə birlikdə təhlil etdikdən sonra gəliblər.
Araşdırmada 137 alim və 64 ölkənin iştirak etdiyi Bat1K konsorsiumunun məlumatlarından istifadə olunub. Əvvəlki tədqiqatlarda yarasaların mənşəyi Afrika, Asiya və Şimali Amerika ilə əlaqələndirilirdi. Yeni nəticələr isə onların təkamülünün Avropada başladığını göstərir.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, yarasaların əsas xüsusiyyətlərindən biri olan exolokasiya, yəni səs dalğalarının əks-sədasından istifadə edərək ətrafı müəyyənləşdirmə qabiliyyəti, müasir yarasa qruplarının formalaşmasından əvvəl inkişaf edib.
Alimlərin fikrincə, yeni araşdırma yarasaların uçuş, exolokasiya, uzunömürlülük və xəstəliklərə davamlılıq kimi xüsusiyyətlərinin necə formalaşdığını öyrənmək üçün yeni imkanlar yaradır.